Jurnalistika ixtisasına keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb
Tarix: 04.08.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər avqustun 3-də saat 15:20-dən etibarən öz elektron ərizələrinə daxil olaraq mtahan nəticələri və yazdıqları inşaların qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən 57-si məqbul qiymət alıb. Onlardan 51-i Azərbaycan, altısı isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.
TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, apelyasiya komissiyası TQDK-nın A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaq.
Rasim




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info