Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib
Tarix: 04.08.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri iyulun 30-da Şabran rayonu Dağbilici kənd dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Şabran rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ramin Ağayev, dindarlar, kənd sakinləri və xüsusilə də gənclər iştirak ediblər.
Dağbilici kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şöhrət Nuriyev “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında maliyyələşən layihə çərçivəsində milli – mənəvi dəyərlərin gənclər arasında təbliği, radikalizmin qarşısını almaq məqsədilə dini maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri E. Nurullayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib.
Layihə çərçivəsində mütəxəssislər “Ümummilli Lider Heydər Əliyev və milli – mənəvi dəyərlərimiz” və layihəyə uyğun mövzularla bağlı çıxışlar ediblər.
İyulun 30-da Şabran rayonu Zeyvə kənd dini icmasının həyata keçirdiyi “Gənc nəslin tərbiyəsində milli – mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı layihə çərçivəsində tədbirlərə start verilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə əməkdaşı Ramin Xudayev, Şabran rayon İcra Hakimiyyəti Başçısının Zeyvə kənd üzrə icra nümayəndəsinin müavini Mahir Osmanov, dindarlar, kənd sakinləri və xüsusilə də gənclər iştirak ediblər.
Zeyvə kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şaib Aslanov “Gənc nəslin tərbiyəsində milli – mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verib.
DQİDK-nın Quba bölgəsi üzrə əməkdaşı Ramin Xudayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib.
İyulun 29-da Lənkəranın Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icmasının həyata keçirdiyi "Narkomaniya və digər zərərli vərdişlərdən uzaq olaq" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Layihənin açılış tədbirində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın əməkdaşı Mahir Qəniyev, QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə, Lənkəran rayonu Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icmasının sədri Abuzər Kərimov, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Lənkəran rayonu Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icmasının sədri Abuzər Kərimov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək.
Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən DQİDK-nın əməkdaşı Mahir Qəniyev əsrin bəlası hesab edilən narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıb.
QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə tədbirlərin çox önəmli olduğunu vurğulayıb. O, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildirib.

İyulun 29-da Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Layihənin açılış tədbirində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayonu Şüvi kənd Cümə məscidi dini icmasının sədri Mahmud Baxşıyev, ilahiyyatçı Aftandil Qurbanov və Şüvi kənd tam orta məktəbinin direktoru Əbülfət Qüdrətov, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının sədri Baxşıyev Mahmud layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə dini icmanın sədri Mahmud Baxşıyev "Milli-mənəvi dəyərlərimiz və müasirlik", Əbülfət Qüdrətov "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", Hatəm Gülməmmədov "Milli kimliyimiz milli-mənəvi dəyərlərimizin bir parçasıdır", Hacı İlqar Həsənov "Dinə dövlət qayğısı", Aftandil Qurbanov "Müqəddəs ailə dəyərləri" mövzuları üzrə məruzələrlə iştirakçılar qarşısında çıxış ediblər.
İyulun 28-də Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi “Gənclər və milli-mənəvi dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov, Lerik rayonu Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev, Lerik rayon İcra Hakimiyyəti Başçısının Monidigah kənd üzrə nümayəndəsi Sulduz Abdullayev, Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Lerik rayonu Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək. Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov keçirilən layihənin əhəmiyyətindən danışıb. Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, İslama yad əqidələrin təsiri altına düşməməsi üçün belə tədbirlərin çox önəmli olduğunu vurğulayıb. O, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildirib.
İyulun 28-də Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə və yad təsirlərə qarşı milli-mənəvi dəyərlərimizin rolu" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Layihənin açılış tədbirində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın əməkdaşı Mahir Qəniyev, QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə, Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının sədri İsabala İbadov, Lənkəran rayonu Ləj kənd məscidinin axundu Samid Quliyev, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının sədri İsabala İbadov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən DQİDK-nın əməkdaşı Mahir Qəniyev əsrin bəlası hesab edilən narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıb.
QMİ-nin Lənkəran rayonu üzrə səlahiyyətli nümayəndəsi və bölgə qazısı Hacı Qəni Axundzadə gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə tədbirlərin çox önəmli olduğunu vurğulayıb. O, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildirib.
İyulun 28-də Astara rayonu Şahağac kənd məscidi dini icmasının həyata keçirdiyi “Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Layihənin açılış tədbirində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın əməkdaşı Mahir Qəniyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, dini icmanın üzvü Nəcəf Quliyev, dini icmanın digər üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Əsədov Nazim layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində də tədbirlər həyata keçiriləcək. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb.
İyulun 27-də Astara rayonu Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının həyata keçirdiyi "Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayonu Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının sədri və imamı Hacı Fariz Veysəlov, Pensər kənd orta məktəbinin direktoru Asif Əsədullayev, Astara rayon İcra Hakimiyyətinin Pensər kəndi üzrə nümayəndəsi Elşad Axundov, dini icmanın üzvləri, dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbirdə Hacı Fariz Veysəlov "Vəhdət naminə məzhəblərarası dialoq", Hatəm Gülməmmədov "Azərbaycan milli kimliyi", Hacı İlqar Həsənov "Müsəlmanların əsas vəzifələri ortaq dini dəyərlər ətrafında birləşməkdir", Asif Əsədullayev "Tolerantlıq və dini dözümlülük anlayışı" mövzuları üzrə məruzələrlə tədbir iştirakçıları qarşısında çıxış ediblər.

İyulun 27-də Astara rayonu Sığaloni kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Layihənin açılış tədbirində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara rayonu Sığaloni kənd məscidinin imamı Muradov Rəhman, Astara rayonu Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, Astara rayonu Vaqo kənd məscidi dini icmasının sədri və imamı Abbasov Zaur, Siyəkü kəndi inzibati ərazi idarəetmə üzrə nümayəndəsi Xanəhməd Zahirov və Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Nəsib Əkbərov, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Astara rayonu Sığaloni kənd məscidi dini icmasının sədri Mahmudov Bahadur layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi, eləcə də bir sıra sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək.

Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Neftçala şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləNeftçala şəhərində iyulun 22-də şəhərin din xadimləri və gənclərlə “Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və radikal dini cərəyanlara qarşı birgə mübarizə” mövzusuna həsr olunmuş görüş keçirilib.
Tədbirdə Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Aydın Alıyev, Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi-humanitar şöbəsinin əməkdaşı Fərid Əhmədov, Neftçala şəhər “Sahib Əzzaman” məscidinin axundu Mirseymur Əliyev, icma sədrləri, rayonun ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin din sahəsində gördüyü işlərdən danışaraq, bu işlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini vurğulayıblar.
Tədbir iştirakçıları dini radikalizmlə mübarizədə gənclər arasında dini maarifləndirmə işinin daha geniş müstəvidə aparılmasının əhəmiyyətindən danışıblar.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info