PKK Türkiyədə xeyli sayda silahlı hücum həyata keçirdi
Tarix: 04.08.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


PKK terror təşkilatı ötən gecə Türkiyənin müxtəlif bölgələrində 5 silahlı hücum həyata keçirib.
Terrorçular Bingöl vilayətinin Kığı qəsəbəsində yola basdırdıqları minaları hərbi maşın karvanının keçidi zaman partladıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, zirehli avtomobillərdən birinə ciddi ziyan dəyib.
Diyarbəkir vilayətində tikintisi davam edən Silvan su anbarına raket atılıb. Raket işçilərin yeməkxanasına düşüb. Hadisə zamanı insan tələfatı olmayıb. Təhlükəsizlik qüvvələri əməkdaşları hücumçulara cavab atəşi açıb və atışma başlayıb. 15 dəqiqəlik atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar.
Vilayətin Qulp polis idarəsinə də raketli hücum olub. PKK terrorçularına cavab atəşi açılıb. Hələlik insan tələfatının olub-olmadığı məlum deyil.Terrorçular Mardin vilayətinin Nuşaybin qəsəbəsində 1 yanacaq daşıyan avtomobil və 1 yük maşınını saxlatdıraraq, sürücüləri avtomaşınlardan endiriblər. Maşınlara od vuran terrorçular hadisə yerindən qaçıblar. Hakkarinin Cukurca rayonunda isə Jandarm Komandanlığına atəş açılıb. Bütün bölgələrdə terrorçuların yaxalanması üçün bölgədə əməliyyata başlanıb.
Həmçinin Türkiyənin Diyarbəkir vilayətində polis bölmələrindən biri PKK terrorçularının hücumuna məruz qalıb.
Bölmə iki müxtəlif istiqamətdən atəşə tutulub. Polisin cavab atəşindən sonra terrorçular hadisə yerini tərk edib. İnsident zamanı zərərçəkən olmayıb. Hadisəni törədənlərin tutulması üçün əməliyyat başlayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info