Berlində jurnalistlərin hakimiyyət tərəfindən təqib edilməsinə görə kütləvi aksiya olub
Tarix: 04.08.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Berlində təqribən 1300 adam hakimiyyət orqanları tərəfindən dövlətə xəyanət ittihamı ilə sübutsuz-dəlilsiz təqib edilən “Netzpolitik.org” bloqunun jurnalistlərinə dəstək aksiyasına çıxıb. Aksiya “Mətbuatın hüquqları və azadlığı” şüarı ilə keçirilib. “Netzpolitik.org” saytı yazır ki, aksiya iştirakçıları hakimiyyət orqanlarından jurnalistlərə hücumları dərhal dayandırmağı tələb ediblər. “Netzpolitik.org” ətrafında qalmaqal fonunda baş prokuror Harald Rangenin istefası tələbləri artıb. Almaniya Sosial-Demokrat Partiyası (ASDP) sədrinin müavini Ralf Şteqner “Handelsblatt” qəzetinə müsahibəsində deyib: “Milli Təhlükəsizlik Agentliyinin dinlənilmə fırıldağı ilə bağlı fəaliyyətsizliklə bərabər, KİV-lərin qanunvericiliklə təsbit olunmuş azadlığına toxunan “topla sərçə ovuna çıxmaq” baş prokurorun vəzifələri ilə bir çərçivəyə sığmayan hərəkətlərdir”. Solçular Partiyasının həmsədri Bernd Riksinger və bundestaqın ASDP-dən olan deputatı Kristian Flizek H.Rangeni baş prokuror vəzifəsindən istefa verməyə çağırıblar. Bütün bu əhvalatda öz fəaliyyətinə yöndəmsizcəsinə bəraət qazandırmağa çalışan, amma tənqid etdiyi obyektin –öz milli təhlükəsizliyini və ölkədə asayişi eyni şəkildə təmin etmək hüququ olan Azərbaycan hökumətinin ədalətli hərəkətlərini başa düşmək istəməyən Almaniya federal hökumətinin mövqeyi heyrət doğurur. Özünü görməməzliyə vuran “Freedom House” “Sərhədsiz reportyorlar”, “Human Rights Watch” kimi təşkilatların dəvəquşu tək başını kola soxub, heç kəsin görmədiyini zənn edən mövqeyi də heyrətləndirir. Aydın məsələdir ki, öz sponsorlarını və sifarişçilərini tənqid etmək onların menyusuna daxil deyil.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info