Azərbaycan və İran parlamentariləri əlaqələrin inkişafını müzakirə edib
Tarix: 04.08.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Azərbaycan və İran Parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin parlamentarilərinin Bakıda keçirilən görüşündə müzakirə olunub. Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat verib. Məlumata görə, avqustun 3-də İran Parlamentinin Milli İstehsala dəstək xüsusi Komissiyasının sədri Əmirqasim Fuladvənd , Xüsusi komissiyanın sədr müavini Hadi Qəvami, komissiyanın sözçüsü İsmail Cəlili, və digər bir üzvi Hüseyn Zül-Ənvar Bakıda Azərbaycan-İran parlamentlərarası dostluq qrupun rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla görüşüb.
İranın Azərbaycandakı səfiri Möhsin Pakayinində qatıldığı görüşdə iki ölkənin parlamentariləri Azərbaycan və İran Parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Görüşdə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, İslam Əməkdaşlıq Təşkilatın üzv ölkələrin parlamentlərarası Birliyi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşdə həmçinin İranlı Parlament nümayəndələri Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin İrana səfərə dəvət ediblər.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbacyan və İran xalqları arasında olan tarixi, mədəni və dini bağlılıqlar ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin yaradır.
E.İbrahimov deyib ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu əlaqələrin inkişafında ehtimal olunan maneələrin aradan qaldırılmasında təsiredici rol oynaya bilər.
İran Parlamentinin Milli İstehsala dəstək xüsusi Komissiyasının sədri Əmirqasim Fuladvənd iki ölkə arasında sənaye və iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş potensial olduğunu bildirib.
Ə.Fuladvənd deyib ki, Vyanada əldə olunan nüvə razılığından sonra yaranan yeni şəraiti nəzərə alaraq, Azərbaycan və İran rəsmilərinin davamlı məşvərəti və görüşü iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əlaqələrin daha da inkişaf etdirməsi üçün zəmin yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info