Şagirdlərimiz Almatıda XXVII Beynəlxalq İnformatika Olimpiadasında
Tarix: 04.08.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Almatı şəhərində şagirdlər arasında XXVII Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçirilib. Olimpiadanı Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi, “Darın” Respublika Elmi-Praktik Mərkəzi və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti birgə təşkil edib.
Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. Milli komandaya Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə və Təhsil Nazirliyinin təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov rəhbərlik ediblər. Komandanın tərkibində dörd məktəbli - Elgün Cəbrayılzadə, Kamal Eyyubov, Rüstəm Ağayev və Şərif Əfəndi təmsil olunublar.
Qeyd edək ki, İnformatika üzrə Beynəlxalq Olimpiada 1989-cu ildən başlayaraq hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan məktəbliləri Olimpiadada 1994-cü ildən iştirak edirlər. 2019-cu ildə BİO-nun Azərbaycanda keçirilməsi qərara alınıb.
Növbəti BİO isə 2016-cı ildə ilk dəfə Rusiya Federasiyasında keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info