“LaDiplomatie”:“Etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması Ermənistana ağır zərbə olacaq”
Tarix: 04.08.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Fransanın “LaDiplomatie” portalında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarı ilə bağlı məqalə yayılıb. Məqalənin müəllifi Loran Banin Məhkəmənin qərarını şərh edərək yazır ki, AİHM beynəlxalq hüququn müvafiq normalarını əldə rəhbər tutaraq şəxsi əmlak əlçatmaz olduğu halda dövlətin əlavə tədbirlər görmək vəzifəsinin olduğunu xatırladır. Bu qərarla Məhkəmə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və onların öz əmlakına yiyələnməsi hüququnu tanıyır. Münaqişə başlayandan bəri ilk dəfə olaraq Məhkəmə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini və Dağlıq Qarabağın bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olduğunu qeyd edir. AİHM öz qərarını beynəlxalq hüququn müəyyən edilmiş qaydaları ilə əsaslandırır və Ermənistanın Dağlıq Qarabağa nəzarətini işğal faktı kimi dəyərləndirir. Qərarın icrası məcburi köçkünlərin öz evlərinə qayıtmasını və Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü bir çox şərtlər AİHM-in bu qərarı ilə de-fakto ləğv olunur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda Məhkəmənin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır.Məqalədə qeyd edilir ki, Strasburqun yüksək instansiyalı məhkəməsi işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını bildirir. Yəni, Ermənistan Dağlıq Qarabağ və onun ətrafında yerləşən, ermənilərin heç vaxt yaşamadıqları 7 inzibati rayonda pozulan insan hüquqlarını bərpa etməlidir.Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən təcavüzkar Ermənistana ağır zərbə olacaq. AİHM-in bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli və mövcud status-kvonun ləğv edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info