“Rusiya ərazi bütövlüyümüzü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır”
Tarix: 04.08.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır. Biz Bako Saakyanı adlı adamı tanımırıq. Onlar işğalçıdırlar, bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə ki, Bako Saakyana hansısa təşkilatın orden verməsini pisləyirəm”.
Bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri,Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideriBako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.
B. Səfərov bildirib ki, Rusiya kimi, digər dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Dünya ölkələri Ermənistanın işğalçı kimi qəbul edir, qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini isə tanımırlar”.
İcma rəhbəri qeyd edib ki, bu gün Ermənistan dövləti səfalət içində yaşayır: “Ermənistanda insanlar aclıq, səfalət içindədirlər. Qiymət artımına etiraz olaraq mitinqlər keçirirlər. Bu yaxınlarda bir rusun Qarabağda moda sərgisi keçirdiyini gördüm. Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada insan var, adam var ki, onlara baxsın?! Qarabağda erməni yaşayır? Biz bilirik ki, bunların hamısı tamaşa xarakterli şeylərdi”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyası ictimai qurumu tərəfindən Bako Saakyana “Böyük Pyotr” ordeni verilib. Bu, dövlət ordeni sayılmır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info