Ağdam icması yol qəzaları problemi ilə mübarizəyə cəlb olunur
Tarix: 04.08.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının, Regional Gender Mərkəzinin, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin və Ağdam məcburi köçkünləri ilə yaxından işləyən digər qurumların fəal iştirakı ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən yol təhlükəsizliyi və yol mədəniyyəti mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Qaçqın Qadın və Gənclər Mərkəzində təşkil edilmiş tədbiri giriş sözü ilə açan “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov qeyd etdi ki, yol təhlükəsizliyi mövzusu kifayət qədər aktual bir mövzudur və günü-gündən artan yol qəzalarının statistikası bu fikrin bariz təsdiqidir. Məhz bu səbəbdən “Həyat” təşkilatı yol təhlükəsizliyi istiqamətində layihə və proqramların həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 2010-cu ildən bu istiqamətdə çoxsaylı layihə icra etməyə müvəffəq olmuş “Həyat” təşkilatı bu sahədə böyük təcrübə qazana bilmişdir. Müxtəlif müəssisə və təşkilatlarda təşkil olunan maarifləndirmə və məlumatlandırma kampaniyaları həmin təcrübə zamanı qazanılmış biliyə, əldə olunmuş nəticələrə əsaslanır. Layihənin eksperti Fəridə Süleymanova təhsil müəssisələrində yol hərəkəti qaydalarının tədrisinin xüsusiyyətləri barədə danışdı və bu kimi fəaliyyətləri məktəblərin aşağı siniflərindən başlanılmasının vacibliyini qeyd etdi.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının nümayəndəsi, 149 saylı Ağdam rayon məktəbinin direktor müavini Xəzəngül Mövsümova təmsil etdiyi tədris müəssisəsinin, Ağdam icmalarının yerləşdiyi ərazilərdən həqiqətən təhlükəli yolların keçdiyini bildirdi və məhz məktəb rəhbərliyinin müraciəti əsasında uşaqlara təhlükə yaradan həmin məsələnin bir qisminin həll edildiyini qeyd etdi. Bununla yanaşı çıxışçı tərəfindən o da vurğulandı ki, uşaq tədrisinə cəlb olunmuş müəllimlər bütün imkanlardan istifadə etməli və uşaqlara yol hərəkəti qaydalarını öyrətməyə çalışmalıdırlar.
Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşova yol hərəkəti qaydalarının məhz bölgələrdə pozulduğunun geniş miqyas aldığını vurğuladı və Ağdam rayonu ərazisində baş vermiş real hadisələr zamanı yol hərəkəti iştirakçılarının qayda pozuntuları barədə danışdı. Ş.Dadaşova təəssüf hissi ilə qeyd etdi ki, bölgələrdə, yol kənarında yerləşən icmalarda baş verən qayda pozuntularında çox zaman valideynlərin də böyük günahı olur. Yetkinlik yaşına çatmayan uşağa nəqliyyat vasitəsinin verilməsi, hansısa tapşırıqla uzaq məsafəyə göndərilməsi, yol qırağında diqqətdən kənar uşağın təhlükə altında qalması məsuliyyətsiz valideynlərin buraxdığı səhvlərdir ki, bu səbəbdən həmin kateqoriyadan olan insanlarla daima maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdır.
Tədbirdə iştirak edən digər iştirakçılar da yol təhlükəsizliyinin təmin olunmasının və yol mədəniyyətinin artırılmasının vacibliyini qeyd etdilər və təklif etdilər ki, bu sahədə zəruri hesab olunan məsələlərin təbliğinin miqyası və əhatə dairəsi bir qədər də genişləndirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info