Bakıda Özbəkistanın Müstəqillik Günü münasibətilə dəyirmi masa təşkil edilib
Tarix: 04.08.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bakıda Özbəkistanın milli bayramı - Müstəqillik Günü münasibətilə dəyirmi masa təşkil edilib.
Tədbirdə Özbəkistanın Bakıdakı səfirinin müavini Cahangir Əmirov, konsul Həsən Ömərov, politoloq İlqar Vəlizadə və media nümayəndələri iştirak edib. Tədbiri girişi sözü ilə açan C. Əmirov Özbəkistan prezidenti İslam Kərimovun sözlərini tədbir iştirakçılarına çatdırıb. O, Özbəkistanın müstəqillik qazandıqdan bu yana keçdiyi yoldan danışıb. Ölkəsinin ötən 24 il ərzində keçdiyi uğurlu inkişaf yolundan, illər ərzində genişmiqyaslı islahatlar nəticəsində nail olunmuş davamlı inkişafdan danışıb.
Diplomat həmçinin ölkənin avtomobil sənayesində və kənd təsərrüfatında əldə olunan uğurlardan söz açıb: “Ölkə demək olar ki, kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb, daxili tələbatını yerli istehsal hesabına ödəyir. Sosial islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlib. Ölkədə həmçinin təhsil, səhiyyə, iqtisadiyyat sahəsində uğurlu islahatlar aparılır. Ölkə büdcəsinin 20 faizi təhsilə, 34 faizi səhiyyənin inkişafına yönəlib. Yaşlı insanların sosial təminatı istiqamətində müsbət addımlar atılır. Onların təyyarə vasitəsilə pulsuz səyahət etməsinə imkan yaradılır. Ölkədə yaşlı insanların sosial müdafiəsi üçün 300 milyon dollar məbləğində vəsait ayrılıb”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir müavini ölkəsinin münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu qeyd edib.
Konsul H. Ömərov isə ölkədə narkomaniya əleyhinə aparılan mübarizədən danışıb.Öz növbəsində politoloq İ. Vəlizadə Azərbaycan-Özbəkistan dostluq münasibətlərindən, Özbəkistanın beynəlxalq arenadakı mühüm mövqeyindən danışıb. “Azərbaycan və Özbəkistanın bir çox sahələrdə yüksək səviyyəli əlaqələri var. İki ölkə arasında ticarət dövriyyəsi artan sürətlə inkişaf edir. İkitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminəm”, - deyə o vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info