Zabit hazırlığı kursunun ilk buraxılışı olub
Tarix: 04.08.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Respublikamızda hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda zabit hazırlığı kursunun ilk məzun buraxılışı olub. Kursu 22 məzun müvəffəqiyyətlə bitirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti salamladıqdan sonra sıra meydanına hərbi hissənin döyüş bayrağı gətirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və buraxılış mərasimi açıq elan olunub.
Məzunlardan leytenant Əli Abdullayev, valideynlər adından isə Elxan Alməmmədov çıxış edərək muxtar respublikada zabit hazırlığı kursunun təşkil edilməsinin ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbir olduğunu vurğulayaraq, dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev zabit hazırlığı kursunu bitirən məzunları təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Həyata keçirilən tədbirlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: “Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir”.
Tam əminliklə deyə bilərik ki, Naxçıvan əhalisi rahat, sabitlik şəraitində yaşayır. Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun varlığı qədim diyarın malik olduğu hərbi qüdrəti özündə əks etdirir.
Sonra hərbi hissənin döyüş bayrağı sıra önünə çıxarılıb. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatları təqdim edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Kurs birincisi Nicat Rəhimov tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub, məzunlar döyüş bayrağı qarşısında and içiblər.
Sonda məzunların təntənəli keçidi olub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info