Şahid: “Arif Yunusun Ermənistanın keçmiş təhlükəsizlik naziri ilə sıx münasibətləri olduğunu gördüm“
Tarix: 04.08.2015 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Şahid qismində ilk olaraq jurnalist Anna Daqidaşvili ifadə verib. O, ifadəsində qeyd edib ki, Tbilisidə konfransda olarkən Ermənistandan olan Laura adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: “Dedi ki, Leyla Yunusun əlaqə nömrələrini mənə verə bilər. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 100-120 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”. Daha sonra 19 il jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, bir jurnalist olaraq, A.Yunus və L.Yunusu tanıdığını bildirib. Ə.Həsənov qeyd edib ki, 2006-cı ildə A.Yunus ona Ermənistana getməyi təklif edib: “Mən Qarabağdan yazdığım üçün Ermənistandakı vəziyyət məni maraqlandırırdı. Ona görə də Arif Yunusun təklifini qəbul etdim və onlarla birgə Ermənistana getdim. Ermənistanda olarkən Arif Yunusun Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx münasibətlərinin olmasının şahidi oldum”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info