DSX-nin hərbi hospitalı regionda ilkə imza atdı
Tarix: 04.08.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində ölkəmizin müalicə müəssisələri arasında xüsusi yer tutur.Hərbi hospitalda sərhədçilərin və onların ailə üzvlərinin yüksək səviyyədə müalicə olunması üçün bütün imkanlar yaradılıb. Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlığın alınmasının xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır. Respublikamızda ilk dəfə olaraq 2008-ci ilin iyununda laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013-cü ilin yanvarında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub.DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, bu il iyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğurla həyata keçirilib. 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkəmizin dünyanın qabaqcıl ölkələrinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
19.09.2019
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info