Ermənini məğlub edən idmançımızı “Azəryolservis”in rəhbərliyi qəbul edib
Tarix: 04.08.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Bir-neçə gün öncə Gürcüstanda “Kung-fu sanda” üzrə keçirilən yarışlarda birinci yer qazanan idmançımızı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin rəhbərliyi qəbul edib. Cəmiyyətin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov yarışlarda80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Babək Əliyevi qazandığı qələbə münasibətilə ürəkdən təbrik edərək, ona gələcək idmançı karyerasında yeni-yeni uğurlar arzu edib. İdmana, idmançılara dəstəyin hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Saleh Məmmədov gənc idmançımıza xatirə hədiyyəsi təqdim edib. Birinci yeri əldə edən idmançımız Babək Əliyev isə öz növbəsində ona göstərilən etimada görə öz təşəkkürünü bildirib və qələbəsini doğma Vətəni Azərbaycan adına aldığına görə çox sevincli olduğunu bildirib.
Xatırladaq ki,25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən “Kung-fu sanda” üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub. Belə ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala yüksələ bilib. Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək tək ayaq zərbəsi ilə rəqibini nokauta salaraq birinci yeri əldə edib. Onu da əlavə edə ki, Babək Əliyev “Yol xətt” MMC-nin hüquqşünası vəzifəsində çalışır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info