Almaniyada daha bir qalmaqal
Tarix: 04.08.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ədliyyə Nazirliyi Almaniyanın “Deutsche Bank” bankının çirkli pulları yuması şübhəsi ilə təhqiqata başlayıb. “Bloomberg” agentliyi xəbər verir ki, nazirliyi ilk növbədə “eyni həcmli sövdələşmələr” maraqlandırır. Bu sövdələşmələr sayəsində “müştərilər hakimiyyət orqanlarına xəbərdarlıq etmədən ayrı-ayrı ölkələrdən vəsait çıxarırlar”. Agentliyin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi “Deutsche Bank”ın xarici müştərilərinin yerli valyutanı dollar ilə qanunsuz mübadilə edib-etmədiklərini aydınlaşdırmaq niyyətindədir. Bundan əlavə, “Deutsche Bank”ın ipoteka və qiymətli kağızlarla iş prinsipi də yoxlanılacaq. Söhbət 2011-2015-ci illər dövründə təqribən 6 milyard avro həcmində maliyyə əməliyyatlarından gedir. Həmin dövrdə bankın xarici filiallarının müştəriləri yerli valyuta ilə Almaniya bankından qiymətli kağızları satın alır, bank isə dərhal həmin qiymətli kağızları Londonda artıq dollarla geri alırmış. “Reuters”in məlumatına görə, “Deutsche Bank”ın rəhbərliyi daxili araşdırma apardığına istinad edərək, ABŞ Ədliyyə Nazirliyinin hərəkətlərini şərh etməkdən boyun qaçırıb. Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın maliyyə nəzarəti orqanı DFS 2015-ci ilin iyununda, daha sonra Britaniyanın maliyyə bazarı tənzimləyicisi FCA “Deutsche Bank” əleyhinə təhqiqata başlayıblar. “Deutsche Bank”ın maliyyə fırıldaqları barədə ilk ittihamlar 2015-ci ilin mayında səslənib. Almaniyanın bu ən iri maliyyə-kredit institutu əməkdaşlarının “az qismini” məcburi məzuniyyətə göndərib.
İndiki qalmaqal yenə də bir sualı açıq qoyur: öz evində qayda-qanun yaratmağı bacarmayan Berlinin başqa ölkələri korrupsiyada ittiham etməyə mənəvi haqqı varmı?
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info