Növbəti yay düşərgəsinə start verilir
Tarix: 04.08.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


9-23 avqust 2015-ci il tarixlərdə təşkil olunacaq sonuncu növbə üzrə yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin ediləcək. Prezidentin 08 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi mütəmadi olaraq sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün yay düşərgələrini təşkil edir. Yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.
Nazirlik cari ilin iyun-avqust ayları ərzində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində hər biri 2 həftə davam edən növbələr üzrə düşərgələr keçirəcək. Düşərgələrdə ümumilikdə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub. Bu ilin 10-24 iyun tarixlərində Astara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və 1-15 iyul tarixlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli, Tər-tər rayonlarından olan 7-15 yaşlı uşaq və yeniyetmələr sözügedən yay düşərgələrində iştirak etmişdirlər.
20 iyul-03 avqust 2015-ci il tarixlərdə təşkil olunan 3-cü növbə üzrə yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan 10-16 yaşlı uşaq və yeniyetmələr iştirak edirlər. Düşərgə Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil edilir. Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulur.
09-23 avqust 2015-ci il tarixlərdə təşkil olunacaq sonuncu növbə üzrə yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info