Regionlarda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi davam etdirilir
Tarix: 04.08.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Biləsuvar şəhər “Cümə məscidi” dini icmasında avqustun 3-də“İslamda vəhdətin qorunması və təbliği” adlı layihə çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Aliyev, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, şəhərin axundu Hacı Əlifağa Murtuzov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsləhətçisi Kamil Qurbanlı, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
“Cümə” məscidi dini icmasının sədri Tarıverən Məmiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, İslamda vəhdətin qorunması və təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev keçirilən layihənin əhəmiyyətindən danışıb. Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən BDU-nun müəllimi Aqil Şirinov İslamda vəhdətin qorunması yollarından ,qeyri-ənənəvi dini cərəyanlardan, onların vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışaraq qeyd edib ki, bu yolda dindarların üzərinə böyük vəzifələr düşür.
Tədbirdə, həmçinin şəhərin axundu Hacı Əlifağa Murtuzov və Biləsuvar RİH-nin işçisi Kamil Qurbanlı İslamda vəhdətin mahiyyəti barədə çıxış edərək, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildiriblər.
Avqustun 3-də Biləsuvar rayon Bəydilli kənd “Cümə məscidi” dini icmasında “Gənclərimizin dini radikal təsirlərdən qorunması” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Aliyev, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, şəhərin axundu Hacı Əlifağa Murtuzov, Biləsuvar İH-nin ərazi üzrə icra nümayəndəsi Adil Cəfərov, dini icma sədri Abuzər Kərimov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliklərini bildiriblər.
İyulun 30-da Zaqatala rayonu Göyəm kənd “Cümə” məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala-Balakən bölgə qazısı İbrahim İbrahimov, Zaqatala rayonu Göyəm kənd ərazi dairəsi üzrə nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayonu Göyəm kənd bələdiyyəsinin sədri Məhəmməd Əhmədov, Zaqatala rayonu Göyəm kənd məscidi dini icmasının sədri və imamı Niyazi Qarakişiyev, gənclər, ziyalılar, ağsaqqallar və dindarlardan ibarət 70 nəfər iştirak ediblər.
Əvvəlcə icma sədri Niyazi Qarakişiyev layihə barədə geniş məlumat verib. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov isə Azərbaycan xalqının ənənəvi dini və milli ənənələri və adətlər barədə geniş məlumat vermiş, bu dəyərlərin qorunması və təbliğinin dini radikalizmlə mübarizədə son dərəcə vacib olduğunu bildirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin ölkədəki dinlərə və dindarlara qayğısı barədə geniş çıxış edib. Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində görüüyü işlər barədə geniş məlumat verib. O, dini maarifləndirmə işinin önəmindən, bu işləri inkişaf etdirmə yollarından bəhs edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info