Ordubaddakı arxeoloji tədqiqatlar yeniliklərlə müşayiət olunur [Yenilənib]
Tarix: 04.08.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Bəhlul İbrahimli: ”Kurqanların tədqiqi qəbir abidələrinin quruluşundakı təkamülü izləməyə imkan verir”

Aparılan son araşdırmalar Naxçıvanın və Urmiya ətrafı ərazilərin Orta Tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, Ordubad (Naxçıvan MR) ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirir.
Cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilib. E.ə. III minilliyin sonu - II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika hər iki bölgənin Orta Tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.
Plovdağda Tunc dövrünə aid aşkar edilmiş insan qalıqları (skeletlər) AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabet Nugent tərəfindən tədqiq edilir. Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tanınmış arxeoloq Bəhlul İbrahimli isə qazıntılarla bağlı aşağıdakıları bildirdi: ”AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan arxeoloji ekspedisiyasının İkinci Plovdağ nekropolunda tədqiq etdiyi Orta Tunc dövrünə aid 7 kurqan İlk Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsinə aid maraqlı məlumatlar verib. Əldə olunan materiallardan aydın olur ki, Kur-Araz Mədəniyyətinə aid gil qabların formalarındakl bəzi xarakterik elementlər Orta Tunc dövründə də qorunub saxlanıb. Kurqanların tədqiqi qəbir abidələrinin quruluşundakı təkamülü də aydın izləməyə imkan verir. Belə ki, artıq Orta Tunc dövrünün sonlarında kurqanaltı daş qutu qəbirlər çoxluq təşkil edirlər. 66 saylı kurqanda, Plovdağ nekropolları üçün ilk dəfə olaraq oturaq şəkildə dəfn aşkar edilib.”
Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info