Vətənpərvər gənclər təltif olundular
Tarix: 02.02.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Gənclər Günü münasibətilə dəyirmi masa keçirildi.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi üzvləri Gənclər Günü münasibətilə Fəxri Xiyabana gedərək ulu öndərimiz Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarını ziyarət edərək əkli qoydular. Daha sonra TUMİB Azərbaycanda Atatürk Mərkəzində Gənclər Günü münasibətilə “Müasir Gənclik və Milli Şüur” adlı dəyirmi masa keçirdi. Tədbirdə Azərbaycanın milli himni oxunduqdan sonra TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək Azərbaycan gənclərini 2 fevral Gənclər Günü münasibətilə təbrik etdi və bu günü bizə bəxş edən ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə hər zaman yaxından dəstək verdiyini dedi və “Gənclər gələcəyimizdir” şüarını səsləndirdi, hər bir gəncimizə dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Tədbirdə çıxış edən Prezident Administrasıyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov dövlətimizin gənclərə daim qayğı ilə yanaşdığını bildirərək dövlətin gənclər siyasətindən danışdı. Millət vəklili Qənirə Paşayeva gənclərə Vətənimizə sahib çıxmağı, dilimizi qorumağı, sosial şəbəkələrdə Azərbaycanın gerçəklərini, tarixini, mədəniyyətini dünyaya tanıtmağı tövsiyə etdi. Azərbaycan Respublikasının Əməkdar artisti Tünzalə Ağayeva, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, TUMİB gənclər mərkəzinin rəhbəri Aidə İmamova, İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı, fəlsəfə doktoru, rejissor Hüseyn Cavadzadə, “Palitra” qəzetinin müxbiri İlkin Ağayev, Zəngin Azərbaycan Uğrunda İctimai Birliyinin sədri İradə Əliyeva, QHT Alyansının rəhbəri Rufiz Qonaqov və Anadolu Universitetinin müəllimi Cihan Deveci təbriklərə qoşulub, gənclərə öz məsləhətlərini verdilər. Tədbirin sonunda TUMİB-in təsis etdiyi “Vətənpərvər Gənc” adlı fəxri adla bir qrup gənc təltif olundu. Təltif olunanlar bunlar idi: Qənirə Paşayeva, Fəxriyyə Xələfova, Tünzalə Ağayeva, Cabir Murtuzov, İlkin Ağayev, Aidə İmamova, Fərid Şahbazlı, Hüseyn Cavadzadə, Ələddin Əliyev, Ülkər Qasımova və Nurəddin Mehdiyev.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info