Qarabağ üçün revanş və tarix yazmaq şansı
Tarix: 04.08.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına avqustun 5-də yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” öz meydanında Şotlandiya “Seıtik”ini sınağa çəkəcək.
Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Ağdam təmsilçisi bu dəfə də III təsnifat mərhələsində dayanıb, Avropa Liqasının pley-offuna yollanmamaq üçün britaniyalıları Çempionlar Liqasından kənarlaşdırmalıdır. Ardıcıl 3-cü dəfə qrupa düşmək iddiasında olan 46 qat Şotlandiya çempionunu dayandırmaq üçün Qurban Qurbanovun yetirmələri ilk matçdakı məğlubiyyətini əvəzini çıxmalıdır.
Qlazqodakı “Seltik Park”da minimal hesabla uduzan çempionumuz revanş almağı bacarsa, ilkə imza atacaq. Belə ki, indiyədək bu turnirin III təsnifat mərhələsinə yüksələn komandalarımızdan heç biri pley-offa yüksələ bilməyib. Elə ağdamlıların özü də bir il əvvəl Avstriya “Zalsburq”u ilə dueldən məğlub ayrılaraq, Avropa Liqasının pley-offuna yollanmışdı. Mərhələni penaltilər seriyasında bəxtini sınamadan keçmək üçün “Qarabağ” iki top fərqi ilə qalib gəlməlidir. Bu isə o deməkdi ki, cari mövsümün 3 qarşılaşmasında cəmi 1 qol vuran “Qarabağ” avrokuboklarda 12 matçdı göstərmədiyi məhsuldarlığı nümayiş etdirməlidir. Yəni, son 12 görüşdə 1-dən artıq qol vurmayan çempionumuz bu sindromu qırmalıdır.
Düzdü, bunu etmədən də mərhələ adlamaq mümkündür. Amma bu, “lotereya”da gerçəkləşə bilər. Qurbanovun yetirmələri növbəti dəfə dolacaq Tofiq Bəhramov adına Respublika stadionunda qol vurmaq qədər qapısının toxunulmazlığı haqda da düşünməlidir. Çünki “Seltik” qol vursa, ağdamlılar ən azı 3 dəfə fərqlənməlidir.
“Qarabağ” mərhələ adlayan ilk komandamız kimi tarix düşməyi bacarsa, bununla da qrup mərhələsində yerini təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə verəcək. Bu isə təmsilçimizin daha bir ilki ilə nəticələnəcək. Ötən il Avropa Liqasının qrupunda çıxış edən komanda bunun təsadüf olmadığını sübut edərək, ardıcıl ikinci dəfə qrupa düşsə, heç bir Azərbaycan klubunun bacarmadığını gerçəkləşdirəcək.
Bu arada onu da qeyd edək ki, "Seltik" Bakıya itki ilə gəlib.
Britaniya mətbuatının məlumata görə, komandanın mərkəz müdafiəçisi Çarli Malqryu zədə səbəbindən axşamkı görüşdə iştirak etməyəcək.
"Renn"lə yoxlama görüşündə dizindən zədə alan şotlandiyalı futbolçu "Qarabağ"la ilk oyunda iştirak etməyib. O, cavab görüşünə də hazır olmadığı üçün Bakıya gətirilməyib.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu, 5 avqust
21:30. "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya)
Baş hakim: Martin Strömberqsson
Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu
İlk oyun - 0:1




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info