“Rusiya İŞİD-lə mübarizə üçün geniş koalisiya planlaşdırır”
Tarix: 05.08.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Lavrov: “Bu koalisiyaya Suriya və İraqın hərbi
qulluqçuları, regionun digər ölkələri qoşulacaq”


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündə Ruisiya prezidenti Putinin terror təşkilatı “İŞİD”-lə mübarizə barədə planları haqqında danışıb. Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazır.
Rusiya tərəfi “İŞİD”-lə mübarizə üçün geniş koalisiya yaratmağı planlaşdırır ki, bu koalisiyaya Suriya və İraqın hərbi qulluqçuları, regionun digər ölkələri və kürdlər qoşulacaq. Qeyd edək ki, daha öncə aydın olmuşdu ki, ABŞ Suriyaya münasibəıtdə yeni strategiya qəbul edib. Bu strategiyaya görə, “mötədil müxalifət”in istənilən təhdidi Vaşinqtonun silahlı müdaxiləsinə yol aça bilər. Lavrovun sözlərinə görə, bir il öncə ABŞ tərəfindən “İŞİD”-lə İraq və Suriyada mübarizə üçün koalisiya yaradılmasının elan edilməsi və İraq dövlətinin bununla bağlı razılığının alınması, amma bu barədə Dəməşqlə heç bir razılığın əldə edilməməsi Rusiya tərəfindən qeyri-legitim və effektsiz hesab edilib. O bildirib ki, “İŞİD” radikal qruplaşmadır və onun fəaliyyəti digər ölkələrdə, o cümlədən, Rusiyada qadağan edilib.
Əlavə edək ki, Rusiya Suriyaya “İŞİD”-lə mübarizə üçün hərbi-texniki dəstək göstərir. Bu barədə S.Lavrov Dohada keçirdiyi mətbuat konfransında bəyan edib: “Hesab edirik ki, bu dəstəksiz “İŞİD”-in ələ keçirdiyi ərazilərin sahəsi yüzlərlə, minlərlə kvadrat kilometr çox olacaqdı. Aydındır ki, Suriya və ümumiyyətlə Yaxın Şərq üçün əsas təhlükə “İŞİD” qruplaşmasıdır”.
S.Lavrov bildirib ki, onun Suriyanın müxalifət və inqilabi qüvvələr milli koalisiyasının lideri ilə görüşü rəsmi Moskvanın Suriya münaqişəsindəki mövqeyində dəyişiklikdən xəbər vermir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info