Daha bir dövlət müflis olur
Tarix: 05.08.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Puerto Riko defolt vəziyyətindədir
Dünyada tüğyan edən iqtisadi böhranlar artıq varlı dövlətlərin qəyyumluğunda olan kiçik dövlətləri də ağuşuna almaqdadır. Ekspertlərin “Amerikanın Yunanıstanı” adlandırdıqları Puerto Riko hökuməti artıq bu problemlə üzləşib. Belə ki, bu günlərdə ölkədə fəaliyyətdə olan İnkişaf Bankı dövlətin kreditorlara olan borclarını ödəmək iqtidarında olmadığını bəyan edib . Beləliklə, ölkə defolt vəziyyətə düşdüyünü etiraf edib.
Qeyd edilməlidir ki, bir müddət bundan əvvəl də ölkə öz öhdəliklərini ödəmək üçün vəsait çatışmazlığı barədə məlumat vermişdi. Məlumat üçün bildirək ki, ölkənin ümumi dövlət borcu artıq 70 milyard dolları keçib. Ölkə rəsmisi Melba Acosta Febonun sözlərinə görə, borcların ödənilməsi üçün cavabdeh olan Dövlət Maliyyə Korporasiyası bu ilin avqustuna qədər 58 milyon dollar borc ödəməlidir. Lakin dövlət cəmi 628.000 dollar ödəmək iqtidarındadır.
Məlumat üçün bildirmək yerinə düşər ki, müstəqil bir dövlət kimi fəaliyyət göstərmək səlahiyyətləri olmayan Puerto Riko iflas olmasını da açıq şəkildə elan emək iqtidarında deyil. Qeyd edək ki, Böyük Atlantik adalarına daxil olan və Karib dənizi hövzəsində yerəşən bu ərazi sərbəst əlaqəli dövlət kimi təqdim edilsə də, əslində daha çox ABŞ -dan asılı olaraq fəaliyyt göstərir. Ərazi Amerika Birləşmiş Ştatlarının nəzarəti altında olsa da, bu ölkənin tərkib hissəsi deyil. Ərazinin ali hakimiyyəti ABŞ Konqreinə məxsus olsa da, ABŞ Konstitusiyasının bu ərazidə fəaliyyəti məhduddur. Bu ərazidə əsasən yerli hökumətin öz sistemi fəaliyyət göstərir. ABŞ siyahıyaalma bürosunun məlumatına görə, bu ərazidə hər bir ailənin orta illik gəliri 20 min dollar təşkil edir.
Yunanıstan dövləti ölkədəki böhranla əlaqədar 150 mindən artıq dövlət qulluqçusunun səlahiyyətlərinə xitam vermişdi. Puerto Riko da belə ixtisarı iyul ayının əvvəlindən həyata keçirməyə başlayıb.
Maraqlı məqamlarda biri də budur ki, Dünya Bankının keçmiş baş iqtisadçısı Enn Kryuqer adanın maliyyə hesabatı barədə verdiyi açıqlamada bəyan edib ki, bu ərazidə işləmək iqtidarında olan əhalinin yalnız 40% -i fəal iş axtarışındadır. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, işləməyən ada sakini üçün dövlətin aylıq yardımı 1743 dollar təşkil edir. Bəlkə də elə buna gbrədir ki, ada sakinlərinin əksəriyyəti belə maliyyə yardımı ilə iş axtarmağın mənasız olduğunu düşünürlər. Onu da qeyd ki, xaricdən borc alıb, əhaliyə yüksək maaş və təqaüd verən ölkələrin sonu (Yunanıstan da belə dövlətlərdəndir) belə olur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info