Ekspert: “Azərbaycan turizmində 20 faiz artım var”
Tarix: 05.08.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Azərbaycanda turizm sektorunda ən azı 20 faiz artım var”. Bunu Trend-ə turizm mütəxəssisi Tural Ələsgərov deyib. Onun fikrincə, buna səbəb bir müddət əvvəl Bakıda keçirilən Avropa Oyunları olub.
Şirkətlərin turizm sektorundakı artımı artıq fevral ayından hiss etməyə başladığını deyən mütəxəssis qeyd edib ki, gələnlər Bakı ilə yanaşı, bölgələrimizdəki tarixi abidələrlə də maraqlanırlar: “Avropa Oyunları ərəfəsində Azərbaycana gələnlərin sayında xeyli artım müşahidə olundu. Təbii ki, sırf turistlərdən danışıram. Həmin vaxtı turistlər daha çox Avropa ölkələrindən gəlirdilərsə, hazırda Azərbaycana daha çox Asiya və Çindən gəlirlər. Bununla yanaşı, Türkiyə və Gürcüstandan da gələnlər az deyil”.
Azərbaycandan xarici ölkələrə də turist axınının artdığını bildirən T.Ələsgərov hesab edir ki, insanlar onlara sərfəli olan tur-paketlərə üstünlük verirlər. Mütəxəssisin sözlərinə görə, xaricə getməyə imkanı olmayanlar isə daxili tur-paketlərdən istifadə edir: “Azərbaycanda istirahət edənlər həftə sonu şimal bölgəsinə, ara günlər isə həm şimal, həm də şimal-qərb bölgəsinə üz tuturlar. Bu sırada Qəbələ ilk pillədədir. Sonra İsmayıllı, Qax, Şəki bölgəsi gəlir. Cənub zonasında isə Masallı rayonuna gedən turistlərin sayının artımı hiss olunur”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info