AMEA doktoranturaya qəbul imtahanı ilə bağlı yenilikləri açıqladı
Tarix: 05.08.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) növbəti tədris ili üçün doktoranturaya qəbul imtahanının hansı formada keçiriləcəyini müəyyənləşdirib. Akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov açıqlamasında bildirib ki, AMEA sistemindəki institut və elmi tədqiqat müəssisələrinə doktoranturaya qəbul imtahanlarının noyabr ayında keçirilməsi planlaşdırılır: "Ötən illərdə olduğu kimi, bu il də qəbul imtahanları 3 fənn - ixtisas fənni, fəlsəfə və xarici dil üzrə keçiriləcək. Xarici dil imtahanlarının TOEFL və ya IELTS proqramları üzrə keçirilməsi planlaşdılır. Bu imtahanların hər biri test üsulu ilə həyata keçiriləcək. Hazırda imtahanların proqramları və testlər hazırlanır".
AMEA rəsmisi test imtahanlarının hansı qurum tərəfindən keçiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, test imtahanları elə AMEA tərəfindən keçiriləcək.
Bu imtahanların mərkəzləşdirilmiş qaydada bir, yaxud bir neçə gün ərzində keçiriləcəyinə gəldikdə, Ə.Sadıqov bildirib ki, bu, sənəd verənlərin sayından, AMEA-nın texniki, auditoriya imkanlarından asılı olacaq: “Bu imkanlardan asılı olaraq, imtahanlar bir, yaxud bir neçə gün ərzində də ola bilər. Bunu hələlik dəqiqləşdirməmişik. İmtahanlardan əvvəl bunu elan edəcəyik”.
Bu il doktoranturaya qəbul imtahanlarının daha sərt tələblə keçiriləcəyini deyən AMEA rəsmisi əlavə edib ki, bu ildən iddiaçılardan TOEFL və ya IELTS proqramlarından biri üzrə beynəlxalq dil sertifikatı tələb olunacaq. İddiaçıların təqdim edəcəkləri sertifikatların etibarlılığının xüsusi komissiyalar tərəfindən yoxlanılması nəzərdə tutulur. İddiaçıların dil biliklərinin müsahibə formasında yoxlanılacağı gözlənilir: “Biz doktoranturaya qəbul olmaq istəyənlər üçün dil biliklərinə tələbi yüksəldirik. Qəbul zamanı onlardan daha yüksək biliklər tələb olunacaq”.
Ə.Sadıqov əlavə edib ki, əvvəllər rus dilini bilən gənclərin sayı çox olsa da, indi rus dilini bilənlərin sayı kəskin azalıb. Bu il də iddiaçılardan beynəlxalq dil sertifikatının tələb olunması ilə əlaqədar sənəd verənlərin sayının əvvəlki illərlə müqayisədə az ola biləcəyi ehtimal edilir: “Amma bizim başqa yolumuz yoxdur, çünki xarici dili bilmədən elmi tədqiqat işi aparmaq mümkün deyil. Biz iddiaçılardan beynəlxalq dil sertifikatının tələb olunacağını bu il martın 4-də elan etmişik. Müəyyən dil biliklərinə malik namizədlər ötən 5-6 ay ərzində öz biliklərini artıra bilərdilər. Hesab edirəm ki, doktoranturaya qəbul olmağı qarşısına məqsəd qoyanlar imtahanlaradək buna nail ola bilərlər”.
O deyib ki, doktoranturaya qəbul olanlar üçün tədrisin yeni formada təşkil edilməsi, həmçinin onlar üçün təhsil müddətində müvafiq ixtisaslar üzrə əlavə tədris kurslarının təşkili nəzərdə tutulur. Bu kurslarda onlara elmdə baş verən yeniliklər, həmin müvafiq ixtisas üzrə əldə olunan yeni elmi nailiyyətlər barədə məlumatlar veriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info