“Dərbənd Teatrına vəsait ayrılması bizi çox sevindirdi”
Tarix: 05.08.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidentinin Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında Sərəncam imzaladığını eşidəndə sevincimdən kövrəldim. Biz bu günü uzun illərdən bəri gözləmişik. Bu teatrın Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının və adət-ənənələrinin təbliğində çox böyük xidmətləri var”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova söyləyib.

Laləzar Hüseynova Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında 22 il işləyib. O, burada aktrisalıqdan baş rejissor vəzifəsinədək yüksəlib. Ötən ildən isə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışır.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Dram Teatrının 90 nəfərlik aktyor heyəti çətin şəraitdə işləməsinə baxmayaraq, tamaşaçıların zövqünü oxşamaqdan ötrü yorulmadan çalışıb, daim maraqlı tamaşalar səhnələşdirib: “Tamaşalarımızı hazırlayandan sonra öz binamızda uyğun şərait olmadığından tamaşaçıları Dağıstandakı digər teatrların səhnələrində qarşılayırdıq. Bu da istər-istəməz tamaşaçıların sayına təsir göstərirdi. Tez-tez öz teatr binamızın nə vaxt təmir olunacağı ilə bağlı suallarla qarşılaşırdıq. Bütün bunlara baxmayaraq teatrın kollektivinin hazırladığı tamaşalar təkcə Rusiya Federasiyasının ərazisində deyil, qonşu dövlətlərin mədəni mərkəzlərində, o cümlədən Azərbaycanın böyük tamaşa salonlarında alqışlarla qarşılanıb. Azərbaycan Prezidentinin bu Sərəncamı teatrın yaradıcı kollektivi ilə yanaşı, Dərbənddə, eləcə də bütün Dağıstan Respublikasında yaşayan azərbaycanlıların da böyük sevincinə səbəb olub. Əminəm ki, Azərbaycan Dövlət Dram Teatrı yenidən qurulduqdan sonra, bu mədəniyyət ocağı Dərbənddə ən yaraşıqlı binalardan biri kimi göz oxşayacaq. Əminəm ki, teatrın kollektivi bundan sonra daha həvəslə işləyəcək, tamaşaçılarını bir-birindən gözəl səhnə əsərləri ilə salamlayacaq”.
Qeyd edək ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən beş milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info