Dəniz limanının inşasına başlanılıb
Tarix: 05.08.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Star” neft emalı zavodu üçün
İzmirin Əliağa rayonunda tikintisi davam etdirilən “Star” neft emalı zavodu üçün dəniz limanının inşasına başlanılıb. Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz “Facebook” sosial şəbəkəsi vasitəsilə məlumat verib. O bildirib ki, neft emalı zavodunun dəniz körpüləri 2017-ci ilin mayında istifadəyə veriləcək.“Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu sayılan “Star”ın inşası sürətlə aparılır. Layihə çərçivəsində bu vaxtadək 2 milyard dollar investisiya qoyuluşu həyata keçirilib. İllik 10 milyon ton xam neft emal tutumu olacaq zavoddan istehsala başlanılmasına 30 ay vaxt qalıb. Zavodun tikintisində əsasən Türkiyənin inşaat şirkətləri və işçiləri iştirak edir. Tez bir zamanda zavodun inşasında çalışan işçilərin sayı 10 minə çatacaq”, - deyə K.Yavuz qeyd edib.“Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info