Qəbələdə tikinti-quruculuq işləri geniş vüsət alıb
Tarix: 05.08.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Cari ilin birinci yarısında Qəbələ rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 69.676 min manatlıq məhsul istehsal edilib.
Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 2.312 min manat (29,1 faiz), kənd təsərrüfatında 404 min manat (2,1 faiz), nəqliyyatda 104 min manat (21,4 faiz), rabitədə 88 min manat (17,7 faiz), ticarətdə 736 min manat (12,8 faiz) artıb. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 22.351 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 20.987 min manat təşkil edib. Bu faktlar cari ilin birinci yarısında Qəbələdə görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında səsləndirilib.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, hesabat dövründə Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulma layihəsinin ikinci mərhələsində işlərin davam etdirildiyini bildirib.Qeyd olunub ki, altı ayda Qəbələ şəhər 5 saylı tam orta məktəbin, “Tufandağ” Yay-Qış İstirahət Kompleksinə daxil olan xizəkçilik mərkəzi, “Tufandağ” oteli və YAP Qəbələ rayon şöbəsinin inzibati binalarının tikintisi başa çatdırılıb. Hazırda isə Qəbələ Futbol Akademiyası və Stadionlar Kompleksinin, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 poqonmetr uzunluğunda dəmir-beton körpünün, “Aquapark” istirahət kompleksinin, “Qolf klub” kompleksinin, “Tufandağ” Yay-Qış İstirahət Kompleksinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, rayon məhkəməsi və prokurorluğu üçün inzibati binaların inşası davam etdirilir. Həmçinin Savalan kəndində “Raftinq Mərkəzi”nin, “Laza” sərhəd zastavasının, Nohur gölü ətrafında otellər kompleksinin, eləcə də Gömrük Akademiyası və “ASAN xidmət”in Qəbələ rayon filialı, Atçılıq Mərkəzi, kənd təsərrüfatı idarəsi, “Qrand sity” oteli üçün binaların, Qəbələ şəhərində 100 yerlik uşaq bağçası, Qəmərvan çayı üzərində 1 aşırımlı 36 poqonmetr uzunluğunda dəmir beton körpünün tikintisi aparılır.
Bildirilib ki, 2015-ci ildə Qəbələ Peşə Liseyi və rayon mərkəzi xəstəxanası üçün yeni binanın, “Yengicə” su anbarının, Qəbələ şəhərində 1 ədəd 120 yerlik uşaq bağçası üçün inzibati binanın və Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisinə başlanılıb.
Diqqətə çatdırılıb ki, cari ilin məhsulu üçün rayonda 21300 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 14015 hektarını buğda, 7285 hektarını isə arpa sahələri təşkil edib. Taxıl sahələrindən 64645 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 30,3 sentner təşkil edib. Torpaq sahibləri tərəfindən cari ilin məhsulu üçün 1159 hektar kartof, 2097 hektar tərəvəz əkilib. İndiyədək həmin sahələrdən 148 ton kartof, 199 ton tərəvəz məhsulu toplanılıb.
Məlumat verilib ki, 2003-cü ilin oktyabr ayından 2015-ci ilin iyulun 1-dək rayonda 13 min 189 yeni iş yeri açılıb. Bunun da 11 min 141-i daimidir. Hesabat dövründə isə 493 yeni iş yeri açılıb.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək ötən 6 ayda görülən işlər barədə ətraflı məlumat verib, 2015-ci ilin birinci yarısında rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması üzrə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info