Naxçıvanda 23 min 415 sərnişin hava nəqliyyatından istifadə edib
Tarix: 05.08.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Muxtar respublikada hava nəqliyyatı sisteminin inkişafı diqqət mərkəzində saxlanılır.
Bunun nəticəsidir ki, hər ötən ay bu xidmətdən istifadə edənlərin sayı artır.Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib ki, iyul ayında yerli hava xətti ilə 22 min 537 sərnişin, 390 min 959 kiloqram baqaj, 65 min 394 kiloqram yük və 1247 kiloqram poçt daşınması həyata keçirilib. Xidmətdən istifadə edənlərin sayının artmasını beynəlxalq hava xətləri üzrə uçuşlara da şamil etmək olar. Belə ki, bəhs olunan dövrdə Naxçıvan-Moskva istiqamətində 284 sərnişin, 3956 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə isə 594 sərnişin və 6852 kiloqram baqaj daşınıb.Daşımaların vaxtında və təhlükəsiz təmin edilməsi məqsədilə bütün xidmətlərin nümunəvi təşkili nəzarətdə saxlanılıb. Bu dövrdə uçuş-enmə zolağı və perronda təmir işləri görülüb, transformator və işıqlandırma avadanlıqlarının sazlığı təmin edilib. Hava hərəkətini idarəetmə məntəqəsində yeni sistemin quraşdırılması üçün 900 metr uzunluğunda fiber-optik kabel xətti çəkilib, müasirtipli yeni işıq-siqnal idarəetmə sistemi quraşdırılıb. Hava gəmilərinə texniki xidmət işləri də təlimata uyğun yerinə yetirilib.İyul ayında aerovağzal binasında yenidənqurma işləri davam etdirilib, xüsusi avtonəqliyyat xidməti və hərbi komendantlıq binalarında təmir işləri aparılıb. Bundan başqa, hava limanı kompleksinin bütün binalarında, o cümlədən Şərur və Ordubad şəhərlərindəki aviakassalarda sistem və avadanlıqlara mütəmadi texniki baxış keçirilib, maşın-mexanizmlərin, nasosların, istilik, işıq və havalandırma sistemlərinin normal fəaliyyəti təmin edilib.Ötən ay xidmətin nümunəvi təşkili və təhlükəsizliyin təmin olunması məqsədilə təlimlər də davam etdirilib, işçilər aerovağzal binasında yeni quraşdırılan sərnişin körpüsü və teleskopik trapların istismarı mövzularında keçirilən kurslarda iştirak ediblər. Sahələrdə şəxsi heyətlə profilaktik söhbətlər davam etdirilib, taktiki məşğələlər keçirilib, işçilərə təhlükəsizlik texnikası və yanğın mühafizəsi qaydaları izah olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info