Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib
Tarix: 05.08.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. Görüşdə Şirvan gömrük idarəsinin ərazisinə daxil olan 8 ətraf rayondan olan sahibkarlar iştirak edib.
Şirvan Gömrük idarəsinin sədri, gömrük xidməti polkovniki Rəşid Zalov görüşü zamanı bildirib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir: “Sahibkarların təşkilatlanmasını və gömrük xidmətinə aid məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələri gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlər ümumi işə fayda gətirir. Həmçinin, gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin qurulmasına xidmət edir”. İdxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan idarə rəisi iş adamları ilə görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu bildirib. Şirvan Gömrük İdarəsinin rəisi ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edildiyini və bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da önəmli rol oynadığını vurğulayıb. Ölkədə neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində aparılan islahatlardan bəhs edən rəis qeyd edib ki, bunun üçün şübhəsiz ki, daxili istehsal inkişaf etməlidir: “Daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığını nəzərə alaraq bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırıq”.
Görüşdə çıxış edən sahibkarlar müəyyən təkliflərlə çıxış edib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info