Ukrayna ikinci kredit tranşı aldı
Tarix: 05.08.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,7 mlrd dollar həcmində ikinci kredit tranşı alıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Iyulun 31-də BVF-in İcraiyyə Şurası 1,7 mlrd dolların ayrılmasını dəstəkləyib. “Bu gün BVF-dən əldə etdiyimiz bu vəsait beynəlxalq ehtiyatlarımızı artırmağa imkan verəcək. Ümumilikdə, deyə bilərəm ki, Ukraynanın beynəlxalq ehtiyatları artmaqdadır və planlarımıza əsasən, 2015-ci ilin sonuna artıq 18 mlrd dollara çatacaq”, deyə Ukrayna Milli Bankının rəhbəri Valeri Qontarev bildirib. Qeyd edək ki, Ukraynaya yardım ilə əlaqədar 4-illik proqram martın 11-də təsdiqlənib. Proqram BVF-in 17,5 mlrd dollar həcmində, beynəlxalq kreditorların isə 4 il ərzində 40 mlrd dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur. Ukrayna martın ortalarında artıq BVF-dən artıq 5 mlrd dollar məblığində ilk tranşını alıb. Ümumilikdə, 2015-ci ildə Kiyev 10 mlrd dollar əldə etmək niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info