“Gürcüstan Aİ-nın Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb”
Tarix: 05.08.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaq üçün yeni qərarlar qəbul etməyib”.
Bunu “RİA Novosti”yə açıqlamasında Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. “Biz bir həftə öncə izahat vermişik. Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqıtərəfindən 15 sanksiya qəbul edilib. Gürcüstan ötən il bu sanksiyalardan birinə - Krım və Sevastopoldan məhsulların ixracına məhdudiyyət qoyulması qərarına qoşulub. Bu qərar isə avtomatik olaraq iyulun 19-dək uzadılıb. Buna görə də təkrar edirəm ki, Gürcüstan yeni qərar qəbul etməyib”, - deyə Z. Abaşidze bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iyunun 22-də keçirilən toplantısında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin 2016-cı ilin yanvarın 31-dək uzadılması barədə qərar qəbul edilib. Qərar 23 iyundan qüvvəyə minib. Bu qərara Avropa İttifaqına namizəd ölkələr - Çernoqoriya, Albaniya, İslandiya, Lixtenşteyn, Norveç və Ukrayna qoşulub. Daha əvvəl isə Gürcüstan da daxil olmaqla, adıçəkilən ölkələrin Krım və Sevastopola tətbiq olunan iqtisadi sanksiyaların uzadılması qərarına qoşulması barədə məlumatlar yayılmışdı
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info