Ölkədə quş ətinə olan tələbatın 98 faizi daxili istehsal hesabına ödənir
Tarix: 05.08.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Beynəlxalq Quşçuluq Forumu keçirilir. Azərbaycanda son 15 ildə quşçuluq sahəsinin inkişafından danışan Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq arasında quşçuluğun daha yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycan quş ətinə olan tələbatın 98%, yumurtaya olan tələbatın isə 100%-ni daxili istehsal hesabına ödəyir: “Sənaye quşçuluğunda illik istehsal 100 min ton təşkil edib. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə, yumurta istehsalı isə 1,3 dəfə artıb”. Quş əti istehsalının daxili tələbatı tam ödədiyini deyən Q. Əbdüləliyev bildirib ki, bu məhsulun xaricə ixrac imkanı da yaranıb. Onun sözlərinə görə, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır. Kənd təsərrüfatı nazirliyinin rəsmisi bu sahənin əsas problemlərindən də söz açıb. O, quşçuluqda əsas çətinliklərdən birinin yem təchizatı ilə bağlı olduğunu deyib. Q.Əbdüləliyev qeyd edib ki, yem istehsalında problemlər mövcuddur.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Beynəlxalq Quşçuluq Şurası (BQŞ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK prezidenti Məmməd Musayev və BQF-nin sədri Sergey Şabayev imzalayıblar.
Sənəd əsasında gələcəkdə iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq həyata keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info