Almaniyalı uşaqlar Şəkidə olublar
Tarix: 05.08.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Almaniyanın “E.ON” şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda təşkil olunan yay düşərgəsinin iştirakçıları bölgələrə ekskursiya proqramı çərçivəsində Şəkidə olublar. Düşərgənin rəisi İrina Kordon yay düşərgəsi proqramının məqsədi barədə məlumat verərək deyib: “Bu düşərgə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlıq proqramı çərçivəsində təşkil edilib. Almaniyalı uşaqlar ilk dəfədir Azərbaycana gəliblər. Əsas məqsədimiz odur ki, hər iki ölkənin uşaq və gəncləri arasında dostluq münasibətləri yaransın. Uşaqlar ölkələrimizin tarixinə, mədəniyyətinə yaxından bələd olsunlar”. İrina Kordon qeyd edib ki, proqrama uyğun olaraq alman uşaqlar əvvəlcə bir neçə gün Bakıda şəhərin gəzməli, görməli yerləri ilə tanış olublar. Bölgələrə ekskursiya proqramına əsasən, onlar Qobustan, Şamaxı, İsmayıllı və Qəbələnin tarixi məkanlarına, görməli yerlərinə də baş çəkiblər. Şəki ilə tanışlıqdan sonra isə Gəncə şəhərinə, Göygöl və Şəmkirə ekskursiya edəcəklər.Ekskursiyanın çox maraqlı keçdiyini vurğulayan düşərgənin rəisi deyib: “Ümumiyyətlə, Bakı şəhəri və bölgələrlə tanışlıq uşaqların ürəyincədir. Onlar yeni mədəniyyətlə tanış olurlar. Bu, onlar üçün çox maraqlıdır. Təbii ki, iki həftə müddətində Azərbaycan kimi zəngin mədəniyyətə malik olan bir ölkəni gəzib dolanmaq, yaxından tanımaq mümkün deyil. Ümid edirik ki, bu layihə davamlı olacaq. Ola bilsin ki, düşərgə iştirakçılarının bəziləri gələcəkdə bu şirkətlərdə çalısacaqlar. Onda şirkətlərimiz arasında əlaqələr daha da möhkəmlənəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info