Vergilər Nazirliyi bələdiyyələri yeni dəyişikliklərlə bağlı məlumatlandırıb
Tarix: 05.08.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


8 saylı Ərazi Vergilər İdarəsinə daxil olan İmişli rayon bələdiyyələrinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən bələdiyyə vergi və ödənişlərinin hesablanmasını təmin edən yeni metodiki vəsaitlərin təqdimatı keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, vəsait bələdiyyə vergilərinin ödəyiciləri olan fiziki şəxslərin, onların əmlakının (torpağının) və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, şəxslərin əmlak və torpaq vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin və yerli ödənişlərin hesablanması, ödənilməsi və uçota alınması qaydalarını özündə əks etdirir. “Bələdiyyələrin statusu haqqında” Qanunda torpaq və əmlak vergiləri ilə bağlı edilmiş dəyişikliklərə əsasən, 2015-ci ildən fiziki şəxslərdən əmlak vergisinin əmlakın hər kvadratmetrinə uyğun hesablanaraq ödənilməsi nəzərdə tutulub. Yeni qaydalara görə, əmlakın, o cümlədən fiziki şəxsin yaşayış və qeyri-yaşayış sahəsinin 30 kvadratmetrinədək olan hissəsi ümumiyyətlə vergiyə cəlb olunmayacaq. Həmin sahədən çox olan hissəsinin hər kvadratmetrinə görə regionlardan asılı olaraq diferensiallaşma aparılmaqla vergi hesablanır. Həmçinin, 2015-ci ildən yerli vergi və ödənişlərin nağd şəkildə ödənilməsi qanunla qadağan olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info