“Wall Street Journal”: “Suriyadakı “bufer zona”ya kürd hərbçilər buraxılmayacaq
Tarix: 05.08.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


ABŞ və Türkiyə Suriyanın şimalında “İŞİD”dən təmizlənərək qurulması planlaşdırılan təhlükəsiz bölgədən kürd hərbçilərinin keçidinə icazə verməyəcək. “Wall Street Journal” nəşrinin verdiyi xəbərə görə, bölgənin əhalisinin əksəriyyəti ərəb və türkməndir. Rəsmi Ankara kürd döyüşçülərin bu ərazilərə daxil olaraq yerli sakinləri qovmasından narahatdır. Məlumata görə, ABŞ rəsmiləri bufer zonada təhlükəsizliyin təmin edilməsinə Kürd Müdafiə Birləşmələrini (YPG) buraxmayacağına dair söz verib. Bununla yanaşı, Birləşmiş Ştatlar hökuməti zəruri hallarda bu məsələnin yenidən gündəmə gətirilməsinin də vacib olduğunu qeyd edib.
Nəşr ABŞ-ın keçən ildən başlayaraq, Suriyada “İŞİD”ə qarşı döyüşən YPG-yə dəstək olaraq aviazərbələr endirdiyini xatırladıb.
ABŞ-da fəaliyyət göstərən “Müharibələrin Araşdırılması İnstitutu” Suriyada vətəndaş müharibəsi başlayandan sonra YPG-nin nəzarət etdiyi ərazinin sahəsi böyüyüb. Qəzetdə yer alan məlumata görə, Tel Abadın “İŞİD”in əlindən alınması ilə ilk dəfə 3 kürd bölgəsi fiziki olaraq birləşdirilib.
Türkiyə hökuməti isə YPG-nin PKK ilə müqayisədə daha praqmatik olduğunu bildirib. Bununla yanaşı, YPG-yə “qırmızı xətti” keçməməsi barədə xəbərdarlıq da edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info