“Birinci informasiya”: “Ermənistanda “Nairit” zavodunun əməkdaşları sentyabrdan mitinqlərə çıxacaqlar”
Tarix: 05.08.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Bizim qarşımızda zavodun yenidən işə salınması məsələsi durur. Bununla bağlı sentyabrdan mübarizəyə başlayacağıq”

Ermənistandakı Nairit zavodunun işçiləri hakimiyyətlə mübarizələrini davam etdirmək əzmini itirməyiblər. Belə ki, onlar bir müddət öncə maaşlarının aylardır verilməməsi ilə bağlı aksiyalar keçirirdilər. Sonradan onların tələbləri yerinə yetirilsə və maaşları ödənilsə də mübarizə səngiməyib. Bu barədə Ermənistanın “Birinci informasiya” media qurumu yazır. Qeyd edilir ki, sentyabrdan zavodun işə salınması tələbi ilə bağlı mitinqlər keçiriləcək: “Əgər hökumət bu barədə bir tədbir görməsə, mitinqlər kəskinləşə bilər. Bu barədə “Birinci informasiya”nın əməkdaşı ilə söhbətində zavodun keçmiş mətbuat katibi Anuş Arutyunyan bildirib. Mətbuat katibi deyib ki, son 600 əməkdaşa əməkhaqları ödənilib: “Faktiki olaraq, bununla “Nairit” zavodunun 2400 əməkdaşı tamamilə maaşla təmin edilib. Gələcəkdə isə bu sahədə başqa bir problem gözlənilmir. “Nairit” gələcəkdə işə salınmalıdır və bizim bununla bağlı mübarizəmiz təbii ki davam edəcək. Maaş problemi prioritet idi, çünki insanlarda sosial-məişət problemləri vardı. İndi isə bizim tələbimizdən sonra bu məsələ həll edilib, hazırda bizim qarşımızda zavodun yenidən işə salınması məsələsi durur. Bununla bağlı sentyabrdan mübarizəyə başlayacağıq. Bu barədə vəziyyət hökumətin davranışlarından asılı olacaq. Əgər danışıqlar zavodun bağlanması, ləğv edilməsi istiqamətinə yön alarsa, bizim mübarizəmiz başqa cür olacaq, əgər hökumət konstruktiv yanaşma nümayiş etdirsə, investor tapmağa cəhd etsə, bu istiqamətdəhansısa addımlar atsa, bizim davranışlarımız da buna adekvat olacaq”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info