“Azərbaycanın bölgələrində müasirliklə tarixi ənənə vəhdət təşkil edir”
Tarix: 05.08.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


İşimlə əlaqədar tez-tez Azərbaycana gəlirəm. Bakıda çox olmuşam. Bu dəfə dincəlmək üçün Azərbaycanın bölgələrini seçdik. Dünən dostlarımla birgə Qəbələdə olduq. Çox gözəl və cazibədar təbiəti var. Bu gün isə qədim Şəki şəhərindəyik. Azərbaycanın bölgələrində müasirliklə tarixi ənənə sanki bir vəhdət təşkil edir. Bölgələrinizin gözəlliyi, müasirliyi, insanların səmimiliyi, qonaqpərvərliyi bizi yaxşı mənada təəccübləndirdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Almaniyanın “E.ON” şirkətinin Xəzər dənizi və Cənub bölgəsi üzrə vitse-prezidenti Mixael Hilmer deyib.
Şəki xanlarının sarayı ilə tanış olan almaniyalı qonaq bu tarixi abidəyə heyran qaldığını bildirib: “Bu sarayı şəkillərdə çox görmüşdüm. Yaxından görmək isə daha maraqlıdır. Rəngbərəng xırda şüşələrdən necə gözəl naxışlar vurulub. Hiss olunur ki, nəfis şəkildə hazırlanan çox qiymətli sənət əsəridir. Sarayın şəbəkə pəncərələri xüsusilə cəlbedicidir. Azərbaycanın bölgələrinə səfərimiz hamımızda çox zəngin təəssürat yaradıb”.
Almaniyalı qonağın sözlərinə görə, SOCAR-la birgə əməkdaşlıq layihəsi çərçivəsində “E.ON” şirkətində çalışan işçilərin uşaqlarının Azərbaycana ikihəftəlik yay düşərgəsi də təşkil edilib. Bu müddət ərzində almaniyalı uşaqlar Azərbaycanın tarixi və füsunkar təbiəti ilə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info