Nərimanovda 2086 daimi iş yeri açılıb
Tarix: 05.08.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın bu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdığını, həmin vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıq və göstərişlər verdiyini xatırladıb.
Hesabat məruzəsində Nərimanov rayonunun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə ilin birinci yarısında görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
İlk 6 ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 112 milyon manatlıq məhsul istehsal olunduğu bildirilib. Ötən ilin müvafiq dövrünə nisbətən 95,3 faiz artım sürəti əldə edildiyi, istehlakçılara 1 milyard 134 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,7 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,4 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2086 daimi iş yerinin yaradıldığı qeyd edilib.
Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyi bildirilərək ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenidən qurulduğu, digər hissələrdə isə hasarların tikilərək müasir üzlük tavanlarla bəzədildiyi nəzərə çatdırılıb. Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri həyata keçirilib, stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınıb, müxtəlif ağac və bəzək kolları əkilərək müasir suvarma sistemi quraşdırılıb. Həmçinin Böyükşor gölü ətrafında, Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınaraq rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Bakının giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi davam etdirilib və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda inşa edilmiş yeni yaşayış binaları sakinlərin istifadəsinə verilib.
Deputat Adil Əliyev və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıblar. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb, Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova ali mükafat təqdim edilib.
Eyni zamanda, Milli Məclisin deputatı Adil Əliyevə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilən “Veteran həmrəyliyinə görə” medalı təqdim olunub.
Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub. Böyük Vətən müharibəsi veteranı, müharibədə göstərdiyi qəhrəmanlığa görə çoxlu orden və medallarla təltif olunmuş Nərimanov rayon sakini Qara Sarıyev də mükafat alanlar arasında olub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info