Bundestaqın deputatı: «İlk addımı Ermənistan atmalı, qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmalıdır»
Tarix: 02.02.2013 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından deputat, Büdcə komitəsinin üzvü, AŞPA-nın üzvü Aksel Fişer Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalını pisləyib.
Avropa Azərbaycan Cəmiyyətindən daxil olan məlumata görə, bu barədə Aksel Fişer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair cəmiyyətin sualına münasibət bildirərkən deyib. "BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə bunun beynəlxalq hüquqa zidd olduğu bəyan edilib, Ermənistandan qoşunlarını işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunub. Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik. Bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir. Ermənistan bu işğala çoxdan son qoymalı idi" - deyə Aksel Fişer deyib. O bildirib ki, qaçqınların taleyi Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpasından asılıdır. İlk addım Ermənistan tərəfindən atılmalı, yəni işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır: "Öz hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz yaxın əməkdaşlıqdan irəli gəlir. Cənubi Qafqaz siyasi, iqtisadi və mədəni baxımdan cəlbedici bir regiondur. Burada Azərbaycan mühüm funksiyaya malikdir".
O vurğulayıb ki, Almaniya, xüsusilə də Avropa ictimaiyyəti içərisində öz roluna çox məsuliyyətlə yanaşır. Məsələn, Avropa İttifaqı Dağlıq Qarabağdakı ötənilki qondarma "prezident seçkiləri"ndən sonra bu seçkilərin nəticələrini tanımayaraq açıq bir mövqe bildirdi: "Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır. Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün yenidən açma niyyəti ciddi narahatlıqlar yaradır".




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info