Emil Balayevin komandası “1 nömrəsini” seçdi
Tarix: 05.08.2015 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


“Ayntraxt”da çıxış edən həmyerlimiz Emil Balayevin əsas heyətə düşmək şansı yenidən azalıb. Almaniya mətbuatının məlumatına görə, Bundesliqa təmsilçisi heyətinə daha bir qapıçı cəlb edib.
Bu, Finlandiya yığmasının üzvü Lukas Qradeçkidi. “Ayntraxt” Danimarka klubu “Brondbü”dən transfer etdiyi 26 yaşlı qolkiperə 1 nömrəli formanı verib. Lakin Qradeçki hələ də “Brondbü”də çıxış edir. Belə ki, Danimarka klubu sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Omoniya” ilə cavab matçına çıxacaq. Həmin qarşılaşmada sonuncu dəfə bu komandanın formasını geyinəcək Qradeçki daha sonra yeni klubu “Ayntraxt”ın düşərgəsinə qoşulacaq.
Bununla da “Ayntraxt”da qapıçıların sayı yenidən 4-ə çatıb. Kevin Trapp və Feliks Vidvaldın gedişindən sonra çərçivədə yaranan boşluq məhz Qradeçki və “Austriya”dan alınan Heinz Linderlə doldurulub. 2015/16 mövsümündə Linder 13, Emil Balayev 23, Yannik Zummak isə 33 nömrəli formanı geyinəcək. Almaniyalı həmkarlarımız Emilin yenidən 3-cü qapıçı olacağını proqnozlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info