Avropa Çempionatının ilk günündə 4 medal
Tarix: 05.08.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Yarışın proqramına əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurub. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.
42 kq-da təmsilçimiz Əsgər Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.
50 kq çəkidə mübarizə aparan İslam Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.
58 kq-da çıxış edən təmsilçimiz Geriya Qadisa Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşüb. Polşa təmsilçisinə də heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib olub.
69 kq-da mübarizə aparan İsmayıl Abdullayev ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, Gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İsmayıl Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info