Millət vəkilinin təşəbbüsü ilə Şirvanda infrastruktur layihələr başlanılıb
Tarix: 05.08.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Millət vəkili Azay Quliyev və “Şərq-Qərb” İdarəetmə İnstitunun rəhbərliyi Şirvan icra hakimiyyətində görüş keçirib. Görüşdə Şirvan seçicilərinin müraciətləri əsasında millət vəkili Azay Quliyevin təşəbbüsü ilə hazırlanan infrastruktur layihələri ətraflı müzakirə edilib. Məlumat verilib ki, Şirvanda 5 infrastruktur layihəsi həyata keçiriləcək.
Bu sıraya Heydər Əliyev və Leytenant Mahmud İbrahimov küçələrində 850 ailənin yaşadığı məhəllələrdə mərasim evlərinin yenidən qurulması, Məhəmməd Əmin Rəsulzadə küçəsində 132 ailənin yaşadığı məhəllədə mərasim evinin tikintisi, Səməd Vurğun küçəsində 180 ailənin yaşadığı 2, Gülbala Şıxbalaoğlu küçəsində 175 ailənin yaşadığı 3 ictimai yaşayış binasının dam örtüklərinin təmiri, Neftçilər küçəsində 1200 sakinin yaşadığı ərazidəki 1 km məhəllədaxili yola asfalt örtüyün çəkilməsi, Bayramlı qəsəbəsində idman meydançasının tikintisi və digər məsələlər daxildir.
Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov reallaşdırılması nəzərədə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq onların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılacağını deyib.
Daha sonra deputat Azay Quliyev, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, “SEDA” proqramının rəhbəri Tim Madiqan və proqramın infrastruktur layihələrinin icraçısı “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov layihələrinin həyata keçiriləcəyi yerlərə baxış keçirib və yerli sakinlərlə görüşərək fikir mübadiləsi aparıb.
Qeyd edək ki, adıçəkilən layihələrin “Azərbaycanda Sosil-iqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info