“Türkiyə qaz kəmərlərini yeni texnologiyalar vasitəsilə qoruyacaq”
Tarix: 05.08.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Türkiyə qaz və neft boru xətlərinin diversiyalardan mühafizəsini qabaqcıl texnologiyalar tətbiq etməklə təmin edəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Anadolu”ya müsahibəsində bildirib.
“Biz qabaqcıl texnologiyalardan istifadə etməklə boruların mühafizəsinin təmin olunması üzərində çalışırıq. Bu problem üzrə yol xəritəsi var və biz onu baş qərargahla birgə icra edirik. Ümid edirəm ki, borular daha təhlükəsiz olacaq” deyə Taner Yıldız bildirib. Nazir əlavə edib ki, ötən həftə Kərkük-Ceyhan neft borusunda törədilmiş partlayış İraq hakimiyyətinin gəlirlərinin azalmasına səbəb olub. İraqdan yanacağın verilişi hələ də bərpa olmayıb. Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Nazir Taner Yıldız kəmərdə partlayışın PKK-nın hücumu nəticəsində baş verdiyini bildirib. Bundan əvvəl, iyulun 27-də isə Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info