Naxçıvanda əl işləri mağazası fəaliyyətə başlayıb
Tarix: 06.08.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Müasir dövrdə xalq tətbiqi sənət növünün və əl işlərinin satışı onların təbliğ olunmasında stimulverici amildir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əl işləri mağazasının fəaliyyətə başlaması da bu məqsədə xidmət edir.
AZƏRTAC xəbər verir ki, mağazada muxtar respublikada yaşayan istedadlı qadınların tikmə, toxuma, taxta üzərində oyma nümunələri, böyüklər və uşaqlar üçün geyim dəstləri, məişət və mətbəxdə istifadə olunan ləvazimatlar, milli geyimlər, milli üslubda bəzədilmiş gəlinciklər, süni güllərdən və kağızdan hazırlanan kompozisiyalar, muncuq və daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət əl işləri satılır.
Müxtəlif növ sap, parça, muncuq, pilək və digər materiallardan hazırlanan tikmə və toxuma sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Bu gün muxtar respublikada ailələrin çoxunda nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür. Günümüzdə çox dəyərli sayılan bu nümunələrin nəsildən-nəslə keçərək bizə gəlib çatmasında onları qoruyan insanların əməyi danılmazdır. Bu baxımdan qadınların əl işlərindən ibarət mağazanın fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info