İctimai Şura ekoloji təbliğat üçün Mətbuat Şurasına müraciət edib
Tarix: 06.08.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Aslan Mehdiyev:“Azərbaycanda mövcud vəziyyətin tələbi olaraq ekoloji problemlərin həllinə ümumbəşəri mövqedən yanaşılıb”

Avqustun 5-də Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ekoloji maarifləndirmə mövzusunda tədbir keçirib. İctimai Şuranın inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi Şövkət Bəkirov, İctimai Şuranın rəhbərliyi və üzvləri, eləcə də Binəqədi RİH-in qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi, bələdiyyə üzvləri və gənclər iştirak edirdilər.
İlk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək tədbirin mahiyyəti barədə geniş məlumat verdi. Aslan Mehdiyev bildirdi ki, müstəqil Azərbaycana keçmişdən bir çox ekoloji problemlər miras qalmışdı: “Bu problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilib. Hər bir ölkə kimi Azərbaycanda da ətraf mühitlə bağlı mövcud vəziyyətin tələbi olaraq ekoloji problemlərin həllinə ümumbəşəri mövqedən yanaşılıb”.
İctimai Şuranın sədri dedi ki, bu gün bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri bir problem olaraq fəal müzakirə edilir: “Hazırda “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra olunur. Bununla yanaşı, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həyata keçirilir. Bu proqramların Tədbirlər Planında ekoloji layihələrin də icrası nəzərdə tutulub. Bu istiqamətdə Binəqədi rayonunda aidiyyəti üzrə işlər görülür. Ümumiyyətlə, Binəqədi rayonunda bu istiqamətdə həyata keçirilən işlər fərqlənir. Görülən işlər göz qabağındadır. Biz də İctimai Şura olaraq bu sahədə öz töhfəmizi verərək, əhali arasında ekoloji təbliğat aparacağıq”.

“Nazirliyin qapısı ekoloji maarifləndirmə aparmaq istəyən hər kəsin üzünə açıqdır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi Şövkət Bəkirov bildirdi ki, dünyada istənilən bir işə başlayanda ekoloji məsələlər birinci növbədə gəlir: “Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə ciddi işlər görülür. Nazirlik ekoloji maariflənməyə xüsusi diqqət yetirir. Bu məsələlərlə bağlı jurnalistlər arasında yazı müsabiqələri keçirilir”.
Şövkət Bəkirov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılan İctimai Şura haqda da məlumat verdi: “Nazirliyin qapısı ekoloji maarifləndirmə aparmaq istəyən hər kəsin üzünə açıqdır. Mən Binəqədi RİH yanında İctimai Şuranın bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Çox yaxşı olardı ki, bu qurum gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura ilə də birgə tədbirlər keçirsinlər”.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev isə bildirdi ki, insan öz ağlı ilə ətraf mühiti yaxşılaşdırmağa çalışır: “Amma bəzən bunun əksi də olur. Ətraf mühit iki hissədən ibarətdir. Biri təbii mühitdir, digəri isə insanların yaratdığı mühit. İnsanlar bilərəkdən və ya bilməyərəkdən ətraf mühitə ziyan vururlar. Sevindirici haldır ki, cəmiyyətimizdə ekologiya ilə bağlı düşüncə artır. Bu istiqamətdə ciddi sürətdə maariflənmə aparılmalıdır. İctimai Şuranın bu təklifinin yayılmasına və insanlar tərəfindən qəbul edilməsinə çox böyük ehtiyac var”.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Həmid Mehdiyev də çıxışında ekoloji təbliğatın aparılmasının ətraf mühitin təmiz olmasında böyük rolu olduğunu dedi: “Ətraf mühit məsələsi hər bir vətəndaşı düşündürməlidir. Hər kəs bu işdə əlindən gələni etməlidir. Ekoloji təbliğat aparmaqla insanları bu işə cəlb etmək mümkündür”.

“Ekoloji məsələlərə düşüncəli yanaşmanın miqyasını genişləndirmək vacibdir”
Vətənpərvər Gənclər Klubunun idarə heyətinin üzvü, ictimai fəal, Binəqədi sakini Vüqar Nuriyev qeyd etdi ki, Binəqədi rayonunda ətraf mühitin qorunması, yaşıllaşdırma sahəsində görülən işlər örnək və nümunəvi fəaliyyət sırasındadır: “Bu işlərin davamlı və ardıcıl aparılması üçün hər kəs vətəndaşlıq borcunu yerinə yetirməklə, öz dəstək və köməyini əsirgəməməlidir. Ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən və planlaşdırılan bütün tədbirlərdə hər birimiz ciddi vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik. Konkret olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin ardıcıl şəkildə apardığı işlərə ictimai fəallığımızla kömək göstərməliyik. Vətənpərvər və təbiətsevər gənclərimizin bu sahədə rolu sevindirici haldır. Lakin cəmiyyətdəki yeri və mövqeyindən asılı olmayaraq, hər kəs bu işlərə düşüncəli yanaşmalıdır. Bu işlərə bizlərin diqqəti, dəstək və köməyi daha məhsuldar nəticələr verə bilər”.
Onun sözlərinə görə, ətraf mühitin, ekologiyanın təmizliyi əhalinin sağlamlığının əsas şərtidir: “Odur ki, bu məsələyə düşüncəli yanaşmanın miqyasını genişləndirmək vacibdir. Bu sahəyə kömək üçün təbiətsevər gənclər könüllü qruplar təşkil edə bilər. Bu qruplar əhali və sakinlər arasında mütəmadi maarifləndirmə və ideoloji görüşlər keçirə bilər. Düşünürəm ki, bu addım müsbət nəticələr verərdi. Binəqədi sakini olaraq, rayon icra hakimiyyəti kollektivinə, hörmətli başçıya gördüyü işlərdə uğurlar arzu edirəm. Ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və abadlıq işlərində hər kəsi gücü çatdığı qədər yardımçı olmağa səsləyirəm”.
Tədbirdə ASAN Könüllülərdən Fidan Alıyeva və Kamran Məmmədov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı öz təkliflərini verdilər.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Fuad Hüseynzadə tərəfindən İctimai Şuranın ekoloji təbliğatın aparılması üçün Mətbuat Şurasına müraciəti oxundu. Müraciətdə qeyd olunur ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb: “Binəqədi rayonunda, ümumiyyətlə, ölkədə ekoloji tədbirlər, əsasən tullantıların utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması, istehsalat tullantılarının idarə olunması, yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə istiqamətində davamalı işlər görülməlidir. Bu kimi bir çox işlər bütün əhalinin diqqətində olmalı və daha çox önləyici tədbirlər görülməlidir. Xüsusən gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə müxtəlif KİV layihələri həyata keçirilməli, mediada mütəmadi olaraq bu mövzuda yazılar verilməldir. Məhz bu zərurəti nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Mətbuat Şurasına müraciət edərək KİV-də ekoloji təbliğatın aparılması üçün birgə əməkdaşlığı təklif edir”.

“Əsas vəzifə yaşadığımız ərazinin təmiz saxlanılmasına dəstək olmaqdır”
Müraciət qəbul olunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva rəhbərlik adından İctimai Şuranın bu təşəbbüsünü alqışladığını dedi: “Əvvəlcə hər birinizə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırıram. Bilirsiniz ki, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində çox böyük işlər görülür. Bu sahədə böyük zəhməti olmuş ulu öndərimizin gözəl bir söz var idi: “Kim bir ağacı kəsirsə, elə bil mənim qolumu kəsir”. Onun ölkəmizin bütün sahələrində olduğu kimi, ekologiya sahəsində də gördüyü işləri, verdiyi tövsiyələri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. İstər dövlətimiz tərəfindən, istərsə də bu sahədə böyük işlər görmüş Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi tərəfindən görülmüş işlər xüsusi vurğulanmalıdır”.
Aygün Əliyeva bildirdi ki, Cənab Prezidentin rəhbərliyi altında Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinin əsas məqsədi elə ekoloji tarazlığın qorunmasına, insanların təmiz ətraf mühitdə yaşamasına xidmət edir: “Bir vətəndaş kimi bizlərin üzərinə düşən əsas vəzifə bu yaradılan yaşıllıqların qorunması, yaşadığımız ərazinin təmiz saxlanılmasına dəstək olmaqdır. Bütün bunlar isə vətəndaşların təkcə yaşadığı evə yox, həm də hər bir küçəyə, parka doğma evi kimi baxması nəticəsində effekt verə bilər. Bilirsiniz ki, I Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinə start verildi. Əvvəlcə, təmizlik ayı kimi nəzərdə tutulmuş bu işlər sonradan böyük bir kampaniyaya çevrildi. Bu layihə insanların böyük marağına səbəb oldu. Bütün bunlar həm insanları bir-birinə doğmalaşdırdı, həm də müxtəlif xidmət strukturlarının birgə işləməsinə bir daha təkan oldu”.
Sonda Aygün Əliyeva İctimai Şura üzvlərinə üzvlüyü təsdiq edən vəsiqələri təqdim etdi. Aygün Əliyeva bildirdi ki, bu vəsiqələr İctimai Şura üzvlərinin rayonda qazandıqları nüfuzun hədiyyəsidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info