“Xirosimanın bombalanması tərksilahın vacibliyini göstərir”
Tarix: 06.08.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Xirosimanın bombalanması dünyaya silahdan imtina edilməsinin vacibliyini bir daha xatırlatmalıdır”.
“RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Pan Gi Munun Xirosima hadisələri ilə bağlı keçirilən anım tədbirinə ünvanladığı müraciətdə deyilir. Müraciət BMT baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su tərəfindən oxunub.Anım tədbirində Xirosimanın meri Kadzumi Maçui, Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi, ABŞ dövlət katibinin silahlar üzərində nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qottemyuller, BMT baş katibinin tərksilah üzrə ali nümayəndəsi Kim Von Su, Yaponiya hakimiyyət nümayəndələri və 100-dən çox ölkənin diplomatları iştirak edib.
Anım tədbirləri tarixində ən çox iştirakçı bu il qeydə alınıb. Sülh memorialının qarşısına ağ və sarı güllərdən ibarət çələnglər qoyulub. Səmaya onlarla ağ göyərçin buraxılıb.
Qeyd edək ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Partlayış və şüalanma nəticəsində Xirosimada 140 min, Naqasakidə isə 74 m insan həlak olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info