Türkiyədə növbədənkənar parlament seçkiləri gözlənilir
Tarix: 06.08.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Ortaq hökumət qurulması problemi Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilərin keçirilməsi məsələsini siyasi gündəmə gətirib. Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında bir aya yaxın davam edən danışıqların nəticəsiz qalması deməyə əsas verir ki, ortaq hökumətin qurulması məsələsində tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Proseslər göstərir ki, yeni parlamentdə 80 mandatla təmsil olunan Xalqların Demokratik Partiyası (HDP) ilə terrorçu Kürd Fəhlə Partiyası (PKK) arasındakı müttəfiqlik ortaq hökumətin qurulmasına ən böyük maneədir. Son günlər PKK tərəfindən Türkiyədə törədilən çoxsaylı terror aktlarının HDP tərəfindən pislənməməsi ölkənin siyasi dairələri, o cümlədən geniş ictimaiyyət tərəfindən bu partiyanı ciddi qınaq obyektinə çevirib. TBMM-də təmsil olunan bütün partiyalar artıq növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu ifadə etməkdədirlər. Seçkilərin cari ilin noyabrına təyin olunması gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info