Ağcabədidə məhsul istehsalı 18,2 faiz artıb
Tarix: 06.08.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Ağcabədidə 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. İlin altı ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 137.968,1 min manat olub. Bu, əvvəlki illə müqayisədə 18,2 faiz çoxdur. Bu dövrdə 6421 min manatlıq sənaye, 79314,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 16.592 min manat investisiya yönəldilib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 20,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 3,6 faiz artıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 138 sahibkara kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.752.900 manat güzəştli kreditlər verilib ki, nəticədə 339 yeni iş yeri yaradılıb. Hesabat dövründə Ağcabədi şəhərində geniş tikinti-abadlıq işləri aparılıb. Heydər Əliyev adına meydana 900 kvadratmetr tamet döşənib, iki ədəd giriş qapısı inşa olunub. Rayonun Ağdam rayonu istiqamətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb. Aran kənd sahə xəstəxanası və şəhər 11 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Hazırda Olimpiya İdman Kompleksinin inşası davam etdirilir, 100 yerlik körpələr evi-uşaq bağçasında və kənd təsərrüfatı idarəsinin binasında son tamamlama işləri aparılır. Azərbaycan Prezidentinin sərəncamı ilə rayonun 16 kəndində 20 ədəd subartezian quyusu qazılıb. Bundan başqa, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində rayonun 10 kəndində subartezian quyuları təmir edilib. Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin, aqrar sahənin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyü diqqətə çatdırılıb.Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə olunub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info