Prezidentin sərəncamı uğurla icra olunur
Tarix: 06.08.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri avqustun 5-də Şəki rayonu İnçə kənd məscidi dini icmasının “İslam dinində və cəmiyyətdə zərərli vərdişlərə münasibət” layihəsi çərçivəsində Şəki rayonun İnçə kəndində keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, ilahiyyatçı Saleh Kazımov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbə müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, gənclər, din xadimləri, ziyalılar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Avqusutun 4-də Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” layihəsinin təqdimatı və həmin layihə çərçivəsində “İslam birlik dinidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ilahiyyatçı Saleh Kazımov, dini icma sədrləri, din xadimləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Oğuz şəhəri “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilov bildirib ki, layihənin icrasının əsas məqsədi radikal fikirlərin rayon dindarları, xüsusən gənclər arasında yayılmasının qarşısının alınmasıdır. Tədbirdə müstəqil ekspert qismində çıxış edən Saleh Kazımov dindarların maarifləndirilməsi işi və İslam dininin bəşəriyyəti səslədiyi birlik və bərabərlik təbliğ olunmasının vacibliyini vurğulayıb. Sonda Dini Qurumlara iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək ölkə rəhbərliyinin dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Avqustun 3-də İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 40 nəfərin iştirakı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı dəyirmi masa təşkil edilib. Tədbirə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, müstəqil ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov dəvət olunub. Milli-mənəvi dini dəyərlər və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barəsində ətraflı söhbətlər və fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar bu cür tədbirlərin keçirilməsindən məmnunluq duyduqlarını bildirib, təşkilatçılara öz təşəkkürlərini çatdırıblar.
Avqusutun 3-də İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 60 nəfərin iştirakı ilə Diyallı kəndində “İslam gözəl əxlaqdır” adlı dəyirmi masa təşkil olunub. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, müstəqil ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov, Diyallı kənd məscidi dini icmasının üzvləri, ətraf kəndlərin dini icma sədrləri və gənclər iştirak ediblər.
Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən BDU-nun müəllimi Saleh Kazımov İslamın sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olduğu haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə, həmçinin Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov və rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov çıxış edərək dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildiriblər.
Dəyirmi masada milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olduğu haqqında geniş söhbətlər aparılıb. Sonda ağsaqqallar, gənclər, habelə dini icma üzvləri bu formatda tədbirlərin keçirilməsindən hədsiz sevinc duyduqlarını bildirib, təşkilatçılara öz təşəkkürlərini çatdırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info