Karbohidrogen ehtiyatlarımız 10 milyard tondur
Tarix: 02.02.2013 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” institutunda 2 fevral Gənclər Günü ilə bağlı görüş keçirilib. ARDNŞ prezidenti Rövnəq Abdullayev əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, mövcud və perspektivdəki neft-qaz layihələri haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, hazırda ölkəmizin təsdiq olunmuş karbohidrogen ehtiyatlarının şərti yanacaq həcmi 4,5 milyard tondur. Proqnoz ehtiyatlar isə 10 milyard ton həcmində qiymətləndirilir. R.Abdullayev qeyd edib ki, böyük layihələrin həyata keçirilməsində gənc mütəxəssislərə ehtiyac olacaq. Bu amili nəzərə alan ARDNŞ dövlət başçısının tapşırığı ilə gənclərin ixtisaslı və peşəkar kadr kimi yetişmələrinə geniş şərait yaradır. Bakı Ali Neft Məktəbinin yaradılması bunun əyani təsdiqidir. Gənclərin xaricdə təhsil almasına dair dövlət proqramı çərçivəsində indiyədək ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ali məktəblərində 202 gəncin təhsil alması maliyyələşdirilib: “Onlardan 130-u təhsilini başa vuraraq hazırda ARDNŞ-də çalışır, 72 nəfərin təhsili isə davam edir. ARDNŞ-in təqaüdlərinin verilməsinə dair müsabiqələrdə 10 mindən artıq tələbə iştirak edib və 1258 tələbəyə təqaüd verilib”. R.Abdullayev bildirib ki, 2005-ci ildən etibarən ARDNŞ-də çalışan gənclərin sayı 1,7 dəfə artıb. Hazırda şirkət əməkdaşlarının 45 faizini 35 yaşadək olan şəxslər təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info